Nazir müavini kabinetinin təmirinə 250 min xərcləyib
Featured

23 Fevral 2017

Nəqliyyat nazirinin müavini Arif Əsgərovun həbs olunacağı ilə bağlı yayılan xəbərlərin ardınca onun haqqında daha bir iddia gündəmə gəlib.

Arif Əsgərov nəqliyyat nazirinin müavini postuna təyin edildikdən sonra ona verilən iş otağında "əsaslı təmir" aparıb.

Məlumata görə, A.Əsgərov bununla öz rəqiblərinə acıq vermək istəyib. O, Nəqliyyat Nazirliyinin rəhbərliyindən təmir üçün icazə aldıqdan sonra işə başlayıb və kabinet təmirinə 250 min manat pul xərcləyib. Bütün aksessuarları, mebelləri xarici ölkələrdən xüsusi sifarişlə gətirib.

Xatırladaq ki, keçmiş nazir müavinin "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri olan vaxtlarda ciddi maliyyə pozuntularına yol verdiyi, 48 milyon manat dövlət vəsaitinin mənimsədiyi iddia olunur. (yeni musavat)

Azərbaycanda məmur kabinetin təmirinə 250 min xərcləyib

Top
JoomlaLock.com All4Share.net