Sərdar Həsənlinin cəzası bəlli oldu-37 sutka
Featured

23 Fevral 2017
Ruhani Şeyx Sərdar Hacıhəsənlinin vəkili Cavad Cavadov müvəkkilinin durumuna dair öz sosial mediadakı səhifəsində açıqlama yayıb.
 
Tanınmış vəkilin açıqlamasında deyilir:
 
"Masallıya gəldim və Sərdar Babayevlə bağlı sənədləri (məhkəmə qərarı, cəlb qərarını) götürdüm. Hacı Sərdara Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə ittiham verilib. Dünən Masallı rayon məhkəməsinin qərarı onun barəsində bir ay yeddi gün həbs qətimkan tədbiri seçilib. Qısası bu şəxsi cümə xütbəsi dediyinə və cümə namazı qıldığına görə tutublar. Halbuki, o, ilkin dini təhsilini Sovet dövründə, hələ Masallı rayonunda alıbdır.
 
Sərdar Babayevlə Masallı rayon Polis şöbəsinin MST-da görüşdüm, əhvalı yaxşıdı və zarafatla (amma həqiqətdi!) bildirdi ki, artıq ölkəmizdə "namaz" məhbusu da var.) Məhkəmənin qərarından Apellyasiya şikayəti verəcəyik və baş verən hüquqi rəzalətə son qoyulmasını tələb edirik. Həmçinin məlumat üçün bildirirəm ki, Sərdar Babayev Maide.Az saytının baş redaktorudu və jurnalistdir".
Qeyd edək ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli fevral ayının 22-də səhər saat 10-da Masallı şəhər polisi tərəfindən saxlanılıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib.
 
 

Şeyx Sərdar Hacıhəsənliyə irəli sürülən ittihamnamənin sənədi - FOTO

Top
JoomlaLock.com All4Share.net