Dövlət və hökumət üzvləri Natiq Əliyevlə vida mərasimində - FOTO

10 İyun 2017
Azərbaycanın dövlət və hökumət üzvləri energetika naziri Natiq Əliyevlə vida mərasiminə qatılıb.
 
Baş nazir Artuq Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazirin müavinləri Yaqub Eyyubov, Abid Şərifov, nazirlər Kəmaləddin Heydərov, Ramil Usubov, Zakir Həsənov, Samir Şərifov, Əbülfəz Qarayev, Azad Rəhimov, Ramin Quluzadə, baş prokuror Zakir Qaralov, SOCAR prezidenti Rövnəq Abdullayev, "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyev, Komitə sədrləri Mübariz Qurbanlı, Ramiz Həsənov, tanınmış azərbaycanlı iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Fərhad Əhmədov və digər şəxslər Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən mərasimdə iştirak edirlər.
 
Energetika naziri Natiq Əliyevlə vida mərasimi başa çatıb. Mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib ki, Natiq Əliyev hər kəsin qəlbində xalqına, dövlətinə şərəflə xidmət etmiş şəxs kimi qalacaq. O, N. Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib, "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, digər neft və qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib.
 
ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə N. Əliyevlə bağlı xatirələrini bölüşüb. O, N. Əliyevin həmişə Azərbaycanın maraqları uğrunda çalışdığını bildirib.
"Azərenerji" ASC prezidenti Etibar Piverdiyev də N. Əliyevin faydalı ömür sürdüyünü söyləyib.
"Azərişıq" ASC-nin sədri Balababa Rzayev N. Əliyevin Azərbaycanın neft strategiyasının həyata keçirilməsində mühüm rolunu vurğulayıb.
 
N. Əliyevin oğlu Fərhad Əliyev atasının müalicəsi və həyata qaytarılması üçün göstərilən səylərə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib: "O, gözəl ata, ailə basçısı idi".
 
F. Əliyev atasının xatirəsini əziz tutaraq vida mərasiminə qatılanlara da minnətdarlığını bildirib.
 
Bununla da vida mərasimi başa çatıb.
 
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
 
Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.
 
N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.
 






























Top
JoomlaLock.com All4Share.net