Zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlandı-VİDEO
Featured

12 İyun 2017
Xəstələrdə “Rota” virusu (Rotavirus) infeksiyası aşkar edilib.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıtda xəstəxanaya yerləşdirilən uşaqlardan xəstəliyin mənşəyini öyrənmək məqsədi ilə qan analizi götürülüb: “Uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində  isə xəstələrdə “Rota” virusu (Rotavirus) infeksiyası aşkar edilib”.
 
Son dörd gün ərzində 136 uşaqda bu infeksiya aşkarlanıb.
 
Nazirlikdən verilən məlumada bildirilir ki, hazırda 46 uşağın stasionar müalicəsi davam etdirilir:
 
“Onların vəziyyətləri kafidir və yaxın vaxtda evə yazılacaqlar. İnfeksiya baş vermiş ərazidə tibbi-profilaktik tədbirlər və əhali arasında sanitariya-maarifi işləri davam etdirilir”.
Qeyd edək ki, Rota virusuna daha çox qış aylarında yoluxurlar. Amma Sumqayıtda zəhərlənən uşaqlara ilk gündən rəsmi qurumlar "mövsümü zəhərlənmə" diaqnozu qoymuşdular.
 
Top
JoomlaLock.com All4Share.net