Həbsdə olan Kanal-13 rəhbərinin bütün hüquqları pozulur-VƏKİL
Featured

12 İyun 2017

Kanal-13-ün həbs edilmiş rəhbəri Əziz Orucovun bütün hüquqları pozulur.  Bu barədə vəkil Cavad Cavadov məlumat verib: "Bu gün Bakı İstintaq Təcridxanasında 01 iyun 2017-ci il tarixdə həbs edilmiş jurnalist Əziz Orucovla görüşdüm. Təcridxanaya gətirldiyi gündən ona "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd olaraq telefonla zəng vurmaq, ailəsi ilə görüşmək imkanı verilmirdi.

Bunun səbəbini aydınlaşdırmaq üçün təcridxananın rəsmi şəxslərinə müraciət etdim, şafahi olaraq bildirildi ki, telefonlar zənglərinə və görüşə qadağa istintaq orqanın qərarı ilə tətbiq olunub, onun əldə edilməsi üçün istintaq orqanına müraciət etməyimizi bildirdilər. Bununla bağlı rəsmi müoraciətlər edəcəyik.

Belə qərar vardırsa bu istər yuxarıda göstərilən qanunun tələblərinə, istərsə də İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir və surətini əldə etdikdən sonra məhkəmə nəzarəti qaydasında şikayət verəcəyik".

Top
JoomlaLock.com All4Share.net