AİP sədri Mövsüm Səmədovun qızı məhkəməyə buraxılmayıb
Featured

14 İyun 2017

Bu gün saat 12:00-da Qaradağ rayon məhkəməsində Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədovun məhkəmə prosesi başlayıb.

VETENUGRUNDA.AZ-ın verdiyi xəbərə görə, məhkəmə Mövsüm Səmədovun 3 il müddətinə Qobustan Qapalı təcridxanasına göndərilməsi ilə bağlı məsələyə baxacaq. 

Məhkəmənin keçirildiyi zal kiçik olduğundan insanlar içəri buraxılmayıb. Hətta Doktor Səmədovun 12 yaşlı qızının da məhkəmə prosesini izləməsinə imkan verilməyib.

Hazırda məhkəmə prosesi davam edir, nəticə barədə məlumat verəcəyik.

Top
JoomlaLock.com All4Share.net