Əfqan Muxtarlı dindirilib-VƏKİL

14 İyun 2017

Bu barədə Əfqan Muxtarlının vəkili Elçin Sadıqov məlumat verib: "Bu gün Bakı İstintaq Təcridxanasında Əfqan Muxtarlı təqsirləndirilən şəxs qismində əlavə olaraq dindirildi.

Eyni zamanda Əfqan Muxtarlı vəsatət qaldıraraq İTV nin Carçı verilişində onun Gürcüstandan Azərbaycana gətirilməsinin Azərbaycan Gürcüstan xüsusi xidmət orqanlarının birgə əməliyyat olması barədə xəbəri yayan aparıcının, həmin xəbərdə bu barədə danışan ekspertlərin və deputat Elman Nəsirovun dindirilməsi barədə vəsatət verdi. Həmçinin bildirdi ki, onu Azərbaycan tərəf gətirəndə onu gətirən şəxslərdən biri başı və gözləri bağlı Əfqan Muxtarlı barəsində deyib ki, Əli bizim adamdı.

Əli adlı şəxsdə israr edib ki, qapını aç baxım. Əfqanı gətirən şəxslərdən biri qapını açıb, (həmin avtomobilin qapısı öndən araxaya açılırmış) həmin Əli adlı şəxs başı və gözləri bağlanmış Əfqan Muxtarlını görəndən sonra getmələrinə icazə verib. Əfqan Muxtarlı bildirdi ki, həmin Əli adlı şəxs DSX, DTX və ya DGK-nin həmin vaxt növbədə olan əməkdaşı olub. Xahiş etdi ki, istintaq həmin Əli adlı şəxsin şəxsiyyətini müəyyən edib şahid qismində dindirsin".

Top
JoomlaLock.com All4Share.net