Bakıya əsgər cənazəsi gəldi -VİDEO
Featured

15 İyun 2017

Bir həftə əvvəl məzuniyyətdən xidmət etdiyi hərbi hissəyə qayıdan əsgərin bu gün ailəsinə meyidi gətirlib. Bakının Bakıxanov qəsəbəsində yaşayan 19 yaşlı Orxan Hüseynov hərbi xidmətdə güllə yarasından dünyasını dəyişib. 

Mərhum əsgərin ailə üzvlərinin criminal.az saytına verdiyi məlumata görə, O.Hüseynov dünən gecə Fizuli rayonunda yerləşən hərbi hissədə əsgər yoldaşı tərəfindən öldürülüb. Əsgərin cənazəsini gətirən hərbiçilərin mərhumun ailəsini bildirdiyinə görə, Orxanı əsgər yoldaşı avtomatla güllələyərək qaçıb. Orxan da yaralı halda onun arxasınca qaçaraq tutmaq istəyib. Qan itirən Orxan aldığı güllə yarasından dünyasını dəyişib. Qətli törədən əsgəri isə atası hüquq-mühafizə orqanına təhvil verib. 

Bakıya əsgər cənazəsi gəldi - Bir ailənin yeganə övladı və son üzvü öldürüldü (VİDEO+FOTO)

Məlumat üçün bildirək ki, O.Hüseynov ailənin yeganə övladı olub, valideynlərini isə xeyli müddət əvvəl itirib. O nənəsinin himayəsində böyüyüb. O, bir neçə gün əvvəl məzumiyyətə gəlibmiş. İyunun 7-də məzuniyyətini başa vuraraq xidmətə qayıtmışdı. 

Top
JoomlaLock.com All4Share.net