"Bu azadlığı Mövsüm Səmədova Allah-Təala bəxş edib"

18 İyun 2017

Bu fikirlər Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyevə məxsusdur. O, Azərbaycan İslam Partiyasının (AİP) hazırda həbsdə olan sədri Doktor hacı Mövsüm Səmədovun baş tutan növbəti məhkəmə prosesinin ədalətsiz sonucuna sosial şəbəkədə münasibət bildirərkən belə deyib: 
"Məhkəmə qərar verdi. 12 saylı cəzaçəkmə müəsissəsinin rəisi Rauf Məmmədovun təqdimatı ilə AİP sədri Mövsüm Səmədov yenidən qapalı tipli Qobustan həbsxanasına köçürülür...
Rauf Məmmədov kimdi ki, onun təqdimatı ilə Hacı Mövsümü Qobustan həbsxanasına köçürsünlər? Rauf Məmmədov bu oyunda heç adicə peşka da deyil...Və peşka olmayıb özünü əhəmiyyətli fiqur kimi göstərənlər, əslində, öz miskinliyini dərk etməyən bədbəxt adamlardılar!...

Eldəniz Quliyev
Doktor hacı Mövsüm Səmədov AZAD insandı və bu azadlığı ona Allah-Təala bəxş edib. Heç bir həbsxana,heç bir təcrid və təzyiq dəyərli hacının imanını,amalını və azad ruhunu azdıra, qorxuda, çəkindirə bilməz!"

Qeyd edək ki, iyunun 14-də  Qaradağ Rayon Məhkəməsində AİP sədri Mövsüm Səmədovun Qobustan həbsxanasına köçürülməsi ilə bağlı məhkəmə prosesi keçirilib. 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin təqdimatı əsasında keçirilən prosesə hakim Rəşad Mustafayev sədrlik edib. 

Məhkəmə Mövsüm Səmədovun 3 illik Qobustan qapalı tipli təcridxanasına göndərilməsi ilə bağlı hökm çıxarıb. Bu barədə vəkil Yalçın İmanov danışıb. Vəkil qərardan apelyasiya şikayəti verəcəklərini deyib.

Top
JoomlaLock.com All4Share.net