Zindanda işgəncə alan jurnalist ağzını tikdi-AZƏRBAYCANDA

26 Sentyabr 2017

Daha bir jurnalist- Azel.tv saytının baş redaktoru Əfqan Sadıqov təzyiqlərə və işgəncələrə məruz qalaraq 17 saylı CÇM- də 14 gün müddətə "kars"- a salınıb.
Əfqan Sadıqov tənqidi yazıları ilə tanınıb. O 2016- cı ilin noyabr ayında Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə (Qəsdən sağlamlığa az ağır zərər vurma) ittiham edilərək həbs olunub. O, həbsxanada da tənqidi çıxışlarını davam etdirib.Son yazısı bir neçə gün öncə mətbuatda dərc olunan "Rədd olsun 21-ci əsrin 1937-ci ili, Rədd olsun..." yazısıdır.Məhz bu yazıdan sonra ona təzyiqlər başlanıb, işgəncələrə məruz qalıb. Daha sonra "kars"- a salınıb.

Картинки по запросу cavid şirəliyev

Cavid Şirəliyev

Bizdə olan məlumata görə həbsdə olan hüquq müdafiəçisi və jurnalist Cavid Şirəliyev və keçmiş müstəntiq Rüfət Səfərov 9 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin bərbad olması, bəzi dustaqların haqsız yerə incidilməsi və onların "KARS"a salınmasına ETİRAZ olaraq Cavid Şirəliyev və Rüfət Səfərov aclıq aksiyasiyasına başlayıblar və Cavid Şirəliyev ağzını tikib.

Картинки по запросу Rüfət Səfərov

Rüfət Səfərov

Jurnalistin anası Zahirə Şirəliyeva dəfələrlə cəzaçəkmə müəssisəsinə zəng vurmasına baxmayaraq cəzaçəkmə müəssisəsindən heç bir məlumat verilməyib və eyni zamanda hər iki şəxsin vəkili Bəhruz Bayramov cəzaçəkmə müəssisəsində olub və dəfələrlə cəhd etməsinə baxmayaraq vəkili Cavid Şirəliyev və Rüfət Səfərovla görüşməsinə icazə verilməyib. 

Əldə olunan məlumata görə keçmiş müstəntiq ,siyası məhbus Rüfət Səfərov "kars"a salınıb.

 

Top
JoomlaLock.com All4Share.net