ATV-nin rəhbərliyi tam tərkibdə istefaya göndərildi

26 Sentyabr 2017

ATV telekanalının ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun aparıcısı oldğu "ATV Səhər"in yayımı yenidən dayandırılıb.

Bununla bağlı MTRŞ sədri Nuşirəvan Məhərrəmli ATV telekanalına gəlib və iclas keçirilib.

Bir qədər əvvəl isə redaksiyamıza daxil olan məlumatda telekanal rəhbərliyinin istefaya göndərildiyi deyilir.

Televiziyanın rəhbəri Vüqar Qaradağlı, vitse-prezident Rauf Dadaşov və Turan İbrahimov gedənlərin siyahısındadır.

Veilən xəbərlərə görə ATV-nin direktoru Vüqar Qaradağlı qovulduqdan sonra onun yerinə CBC rəhbəri Azər Xəlilovu təyin ediblər.

Azer Khalilov adlı şəxsin şəkli.

Azər Xəlilov

Qeyd edək ki, ATV-nin rəhbəri Azər Xəlilov tanınmış jurnalist Sevinc Osmanqızının keçmiş həyat yoldaşıdır.(metbuat.az)

Top
JoomlaLock.com All4Share.net