Azərbaycandan 60 milyon dollarlıq hədiyyə

29 Sentyabr 2017

Azərbaycan Rusiyanın Stavropol diyarında istixana və sanatoriyaların inşasına 60 mln. dollardan çox sərmayə yatırmaq niyyətindədir. Bu barədə ötən gün Stavropolda keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda məlumat verilib.

Tədbirdə qeyd edilib ki, Azərbaycanla Stavropol arasında illik ticarət dövriyyəsinin həcmi təxminən 130 mln. dollar təşkil edir.

Картинки по запросу владимир владимиров ставрополь

Stavropolun qubernatoru Vladimir Vladimirov bildirib ki, bu göstəricini artırmaq olar: “Məsələn, Stavropol taxılının Azərbaycana tədarükünü ildə 3-4 mln. tona çatdırmaq olar. Biz həmçinin Azərbaycandan turist axınını da artırmaq istəyirik. Hazırda Azərbaycandan diyarı ildə 100 minədək insan səfər edir”.

Top
JoomlaLock.com All4Share.net