Keçmiş müstəntiqi boğub, sonra çarmıxa çəkdilər
Featured

03 Oktyabr 2017

Zərdab rayon Prokurorluğunuin keçmiş müstəntiqi, hazırda məhbəs həyatı yaşayan Rüfət Səfərov 9 saylı cəzaçəkmə müəssisəsində  dəhşətli işgəncələrə məruz qalıb. 

Bu barədə onun atası, Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Eldar Sabiroğlu xəbər verib.  

Vetenugrunda.az məlumatı olduğu kimi təqdim edir:


"... Sentyabrın 22-si aclıq aksiyası barədə ərizəni həbsxana rəhbərliyinə təqdim edib aşağı düşər-düşməz 10 nəfərdən ibarət əməliyyat qrupu Rüfəti yerə yıxaraq əllərinə qandal vurmuş və onu təpik, dubinka ilə ürəkləri soyuyana qədər çırpmışlar. Hətta vicdanını itirmiş birisi, cəzaçəkmə müəssisəsinin rəis müavini Azər Bağırzadənin şəxsi göstərişi ilə yerdə uzanıqlı vəziyyətdə təpiyini Rüfətin başına dirəyib o ki var sıxmağa başlamışdır. Rüfət dedi ki, artıq boğulmaq üzrə idim. “Qəhrəmanlar” onu asfalt döşəmənin üstündən götürüb karsda əllərini və ayaqlarını dəmir çarpayıya qandallayaraq 3 saatdan çox bu vəziyyyətdə saxlamışlar. Bu nə vəhşətdir, bu nə qəddarlıqdır?"

Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq, "Rüfət Səfərovun hüquqlarını Müdafiə Komitəsi"nin sədri Eldəniz Quliyev Ədliyyə Nazirliyi və tabeliyində olan Penitensiar xidmətin rəhbərliyinin bu müthiş olayla bağlı açıqlama verməsini tələb edib. O, sosial şəbəkədə paylaşdığı statusunda bildirib ki, əgər adıçəkilən qurumlar bu olayla bağlı açıqlama verməsələr "Rüfət Səfərovun hüquqlarını Müdafiə Komitəsi" tam tərkibdə müddətsiz aclıq aksiyasına başlamaq zorunda qalacaq: "Hüquqi Dövlətdə bu boyda vəhşilik olmaz!

Ədliyyə Nazirliyi və tabeliyində olan Penitensiar xidmətin rəhbərliyi görən nə düşünür? Ümumiyyətlə, onların insan kimi düşünmək qabiliyyətləri qalıbmı hələ?.. Cənablar, axı sizə kim ixtiyar verib ki, ölkəni belə rüsvayi-cahan edəsiniz?!
9 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Azər Bağırzadə adlı sadist kimə arxayındı ki, hətta, tula adına belə ləkə gətirir?!
Görün Rüfət Səfərovun başına nə oyunlar açıblar... Bunlar 19-cu yüzilliyin qafasıyla necə gəlib 21-ci əsrə düşüblər,İlahi?!..."

Top
JoomlaLock.com All4Share.net