Azərbaycan görkəmli ziyalısını itirdi
Featured

05 Oktyabr 2017

Azərbaycanın görkəmli ziyalısı, Milli Azadlıq Hərəkatının ön cərgəsində dayanan ziyalımız, təhsil üzrə ekspert Rafiq İsmayıl bu gün haqqın dərgahına qovuşub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Rafiq bəy İsmayıl 1939-cu ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. O, 1964-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirib.

1992-93-cü illərdə Azərbaycan Respublikasının Humanitar məsələlər üzrə Dövlət Müşaviri vəzifəsində çalışıb.Uzun müddət BDU-da müəllimlik fəaliyyəti ilə məşğul olan Rafiq bəy İsmayıl Beynəlxalq Müəllimlər günündə dünyasını dəyişdi.

Allah rəhmət eləsin!

Top
JoomlaLock.com All4Share.net