"Nardaran işi"ndə höküm oxunmadı
Featured

09 Oktyabr 2017

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrupun - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Eldar Bünyadov və Elxan Həsənovun vəkilləri müdafiə çıxışı ediblər.

Hər iki vəkil müvəkkillərinin günahsız olduqlarını və onların barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 16-na təyin edilib.

Top
JoomlaLock.com All4Share.net