"Azəravtoyol"un sədri prezidentə hesabatında elə çaşdı ki...-VİDEO
Featured

10 Oktyabr 2017

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov hesabat məruzəsi ilə çıxış edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, çıxışını bütünlükdə qarşısına qoyduğu vərəqdən oxuyub. Vərəqi isə özü yazmadığı üçün yazını üzündən düzgün oxuya bilməyib və çaışıb. O, "Yol infrastrukturunun yeniilənməsi" əvəzinə "Yol infrastrukturunun yeniilməsi" kimi oxuyub. Belə yerdə deyərlər ki, "dil çaşar sözün düzünü deyər". İki gün ardıcıl yağan yağış ölkənin paytaxtını ilic etdi. Bütün yolları yağış suları basdı. 

"Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov hesabat məruzəsində yolların Avropa standartlarına cavab verdiyini iddia etməsi isə çox gülüncü görünürdü. Çünki payızın ilk yağışı bütün reallığı açıb ölkə əhalisinə göstərdi.

"Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov hesabat məruzəsinin videosunu təqdim edirik

 

Top
JoomlaLock.com All4Share.net