Keçmiş “OMON”çu Elçin Əmiraslanovun sol tərəfi iflic olub- VƏKİL

27 Oktyabr 2017

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, vəkil Elçin Sadıqov Penitensiar Xidmətin Qobustanda yerləşən həbsxanasında saxlanılan ömürlük məhkumlar, keçmiş "OMON"çular – Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovla görüşüb.
Vəkil bildirib ki, Elçin Əmiraslanovun sol tərəfi iflic olub, sol qolunu hərəkət etdirə bilmir, son vaxtlar epilepsiya qıcolmaları artıb:

"Bu həftə Penitensiar Xidmətin Həbsxanasında (Qobustan həbsxanası) saxlanılan ölüm cəzaları qanunsuz olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilən Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovla görüşdüm.

Elçin Əmiraslanov sol tərəfi demək olarki tamamilə iflic olub, sol qolunu hərəkət etdirə bilmir, son vaxtlar epilepsiya qıcolmaları artıb. Həbsxanada saxlanıldığı dövrdə hepatit c virusuna yoluxdurulub və qara ciyəri çürüyür. Ona lazımi tibbi xidmət göstərilmir, dəflərlə müraciət etsək də onu penitensiar Xidmətin Müalicə Müəsissəsinə köçürmürlər.

Səfa Poladov və Arif Kazımovun da səhhətləri pisdir. Həbsdə olduqları müddətdə dəfələrlə əməliyyat olunublar, hazırda ağır dərəcəli şəkərdən əziyyət çəkirlər".


Top
JoomlaLock.com All4Share.net