Tale Bağırzadə Henri Kissingeri oxuyur
Featured

14 Noyabr 2017

Vəkil Cavad Cavadov noyabrın 13-də Qobustan Qapalı Həbsxanasında Mövsüm Səmədov, Abbas Hüseynov və Taleh Bağırov ilə görüşüb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, bu barədə "Facebook" səhifəsində yazıb:

"Qobustanda yerləşən həbsxanada Mövsüm Səmədov, Abbas Hüseynov və Taleh Bağırovla görüşdüm.
Abbas Hüseynovun əhvalı yaxşıdır və dostlarına salamları var.

Saxlanılma şəraitində müəyyən dəyişiklik baş verib. Belə ki, onu tavanı tökülən və bərbad durumda olan kameradan nisbətən təmirli, lakin beş nəfərlik kameraya keçiriblər.

Bununla belə ümumən əvvəlki problemlər də qalmaqdadır.

Əvvəlki kamerada və həbsxanada olan digər kameralarda ayaq yolu hər hansı arakəsmə olmadan kameranın daxilində yerləşir. Su sutkada üç dəfə 2-3 saat verildiyindən və verilən andan bütün həbsxana sudan istifadə etməyə başladığından suyun təzyiqi çox aşağı düşür, su ehtiyatı yığmaqda ciddi çətinlik yaranır.

Abbas Hüseynov bildirdi ki, onun gündəlik bir saatlıq gəzintiyə çıxarılması konkret vaxtda deyil, pərakəndə olaraq (bir gün bir vaxtda, növbəti gün başqa vaxtda) vaxtını qabaqcadan demədən edildiyindən o buna etirazını bildirmiş və buna görə ona əsassız töhmət verimlişdir. Abbas Hüseynovun ailəsinin yaşadığı ünvana göndərdiyi üç məktub poçt tərəfindən geri qytarılıb ki, evdə adam yoxdur.

Halbu ki, evlərində daimi kimsə olur. Məktubların izləmə nömələri SS420560124AZ, SS420560685AZ, SS420560861AZ. Məktubları AZ1022 saylı poçt şöbəsi çatdıra bilmir. Bununla bağlı müdafiə tərəfi olaraq araşdırma aparacayıq və rəsmi sorğular veriləcək. Həmin məktubları həbsaxanın müdriyyəti ailəsinə çatdırılması üçün mənə vermişdir.

Mövsüm Səmədovda bütün dostlara salamlarının çatdırılmasını xahiş etdi. Onun da saxlanılma şəraitində dəyişiklik yoxdur və yuxarıda sadalanan problemlər eynidir.

Taleh Bağırovun ruhiyyəsi əladır, saxlanılma şəritindən yenədə danışmaq istəmədi. Mütaliyə ilə məşğuldu. Bildirdiyinə görə bir gün öncə Henri Kissingerin “Diplomatiya”, ondan əvvəl Lev Trotskinin “Məktublar və gündəliklər” kitabını oxuyub bitirmişdir. Dostlarına salamlarını və bu sözlərin çatdırılmasını xahiş etdi:”Tələsən yerimiz yoxdur. Biz Allahın mübariz insanlara vəd verdiyi günün intizarındayıq”.

Son olaraq onu bildirim ki, Qobustanda yerləşən həbsxanada məhkumların saxlanılma şəraitində olan problemlərdə bağlı müdriyyət bildirir ki, bunlar binanın köhnə olmsı və infrastruktur problemlərinə bağlıdır. Hal hazırda Bakının Umbakı qəsəbəsində yeni həbsxana inşa olunur, lakin nə vaxta hazır olacağı ilə bağlı konkret vaxt deyilmir".

Top
JoomlaLock.com All4Share.net