Müstəntiq zindanda ata oldu
Featured

20 Noyabr 2017

Hazırda həbsdə olan Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun övladı dünyaya gəlib.

Bu barədə Rüfət Səfərovun yaxınları sosial şəbəkədə məlumat yayıblar. 

Bildiyiniz kimi R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur. Körpəyə Sabir adı qoyulub.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R.Səfərov apellyasiya şikayəti verib.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Bu ədalətsizliyə beynəlxalq hüquq müdafiə təşkilatları etirazını bildirib və Rüfət Səfərovu siyasi məhbus elan edib.

Top
JoomlaLock.com All4Share.net