Vəkil Yalçın İmanov Vəkillər Kollegiyasından çıxarıldı
Featured

20 Noyabr 2017
Tanınmış vəkil Yalçın İmanov Vəkillər Kollegiyasından çıxarılıb. 
 
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə qərar bu gün verilib.
Kollegiyanın Rəyasət Heyətinin bu günki iclasında verilən qərara əsasən onun vəkillik fəaliyyəti dayandırılıb.
 
Qeyd edək ki, Yalçın İmanovla bağlı şikayəti Penitensiar Xidmətinin rəhbərliyi verib.
Qanunvericiliyə əsasən Y.İmanovun Vəkillər Kollegiyasının üzvülüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilənə qədər o, heç bir məhkəmə prossesində iştirak edə bilməz.
Vəkil Yalçın İmanov siyasi məhbuslara zindanda verilən işgəncələri ictimailəşdirdiyinə görə Pentensiar Xidmətin qəzəbinə tuş gəlib.
 
Top
JoomlaLock.com All4Share.net