AİP lideri Mövsüm Səmədovun məhkəməsi olacaq-VİDEO
Featured

06 Dekabr 2017

Dekabr ayının 6-da Bakı Ali Məhkəməsində Azərbaycan İslam Partiyasının lideri, hazırda zindanda olan Mövsüm Səmədovun məhkəmə prosesi keçiriləcək. 

Ötən məhkəmə prosesində Mövsüm Səmədovun vəkili Yalçın İmanovun Vəkillər Kolegiyası tərəfindən vəkillik fəaliyyətinin qadağan edilməsi səbəbindən onun da məhkəmədə iştirakı mümkün olmamışdı.


Məhkəmə sədrləri Mövsüm Səmədovun özünün və vəkilinin məhkəmə prosesində iştirakı üçün iclası təxirə salaraq, məhkəmə prosesini dekabr ayının 6-ı saat 10:00-a təyin edib.  

Bakı şəhər Qaradağ Məhkəməsinin qərarı ilə 14 iyun 2017-ci ildə Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov barəsində 3 il müddətinə Qapalı Tipli Həbsxana rejiminə keçirilib. Həmin qərardan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlayıb.

M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır.

Qeyd edək ki, AİP sədri Beynəlxalq Təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.

Top
JoomlaLock.com All4Share.net