Nardaran işi-3-də hökm oxunacaq-VİDEO
Featured

06 Dekabr 2017

Dekabrın 6-da, saat 10: 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi-3”-də ittiham olunan dindarlara hökm oxunacaq.
Nardaran hadisələrindən iki il ötür. Üç hissəyə ayrılmış məhkəmə işinin daha biri sona çatmaqdadır.
VETENUGRUNDA.AZ-ın verdiyi xəbərə görə, 2015-ci il noyabrın 26-da altı nəfərin öldüyü əməliyyatdan sonra həbs olunan ilahiyyatçılar
Ağayev Elman Seydəmir oğlu (29 noyabr 2015- ci ildə Lənkəranda həbs olunub), Mikayılov Zülfüqar Sədrəddin oğlu və daha on nəfərə dekabrın 6-da hökm oxunacaq.
Heç bir günahı olmadan, şərlənərək həbs edilən 12 nəfər dindar bir ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
“Nardaran işi-3” adlandırılan məhkəmə prosesinə dekabrın 4-də Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib.

Top
JoomlaLock.com All4Share.net