Vəkillər Kollegiyasına yeni sədr seçildi - FOTO
Featured

07 Dekabr 2017

Azərbaycan Vəkillər Kollegiyasının "Bulvar Otel"də keçirilən konfransında 116 nümayəndə iştirak edib.

VK Rəyasət Heyətinin üzvü, "Bakı Hüquq Mərkəzi" hüquq şirkətinin direktoru, "Azərbaycan Hüquq İslahatları Mərkəzi"nin sədri Anar Bağırovun VK Rəyasət Heyətinin sədrliyinə namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində A.Bağırov növbəti 5 il müddətinə VK Rəyasət Heyətinin sədri seçilib.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.

Bağırov Anar Ramiz oğlu 1976-cı ildə Gəncə şəhərində anadan olub.
Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinidə bakalavr və magistr təhsili alıb.
2006-ci ildən hüquq elmləri üzrə fəlsəfə doktorudur. 

O, 2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Kollegiyanın Rəyasət Heyətinin üzvüdür.
Həmçinin "Bakı Hüquq Mərkəzi" hüquq şirkətinin idarəedici partnyoru, "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının həmtəsisçisi, Azərbaycan Respublikası Hakimlərin Seçki Komitəsinin üzvü, Britaniya-Azərbaycan Hüquq Assosiasiyasının (BALA) İdarə Heyətinin üzvüdür.

O, eyni zamanda "Azərbaycan vəkili" jurnalının baş redaktorudur.

Azərbaycan Respublikasının Prezidentinin 19.05.2015-ci il tarixli Sərəncamı ilə Anar Bağırov "Tərəqqi" medalı ilə təltif olunub.
Yeni sədr həmçinin Rusiya Vəkillər Gildiyasının "Fəxri fərmanı" ilə təltif olunub.

Ailəlidir, 3 övladı var.

Anar Baghirov adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net