AİP lideri Mövsüm Səmədovla bağlı qaldırılan vəsatətlər qəbul edilmədi
Featured

07 Dekabr 2017

Dekabrın 6-da Bakı Ali Məhkəməsində Azərbaycan İslam Partiyasının hazırda zindanda olan sədri Mövsüm Səmədovun şikayətinə baxılıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində AİP sədri Mövsüm Səmədovun iştirakı ilə bağlı edilən müraciət və vəkili Cavad Cavadov tərəfindən verilən vəsatət təmin edilməyib. Məhkəmə Mövsüm Səmədovun iştirakı olmadan davam etdirilib. 

Ötən dəfə Mövsüm Səmədovun və vəkilinin iştirakının zəruriliyinə görə təxirə salınan məhkəmə bu dəfə Mvsüm Səmədovun məhkəmədə iştirakı haqqında verilən vəsatəti təmin etmədi.

Bundan sonra vəkil Cavad Cavadov Bakı Apellyasiya Məhkəməsinin verdiyi qərarın ləğv edilməsi ilə bağlı vəsatətlə çıxış edərək Mövsüm Səmədovla bağlı verilən qərarın heç bir əsası olmadığını söylədi.

Məhkəmə kollegiyası bu vəsatəti də təmin etmədi.

Bakı şəhər Qaradağ Məhkəməsinin qərarı ilə 14 iyun 2017-ci ildə Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov barəsində 3 il müddətinə Qapalı Tipli Həbsxana rejiminə keçirilib. Həmin qərardan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlamışdır.

Qeyd edk ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində ölkədə baş verən ədalətsizliyə etiraz etdiyinə görə həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır. AİP lideri Beynəlxalq Təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net