Məhəmməd (s) ədalət və mübarizə örnəyidir
Featured

08 Dekabr 2017

Hazırda zindanda olan Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Huseyn Məhəmməd Peyğəmbərin (s) mövludu haqqında yazıb. O, eyni zamanda Quran hafizi Hacı Zülfüqara heç bir günahı olmadan 17 il həbs cəzası verilməsini pislyəyib: "Məhəmməd Peyğəmbərin (s) mövludu münasibəti ilə əziz və dəyərli Azərbaycan xalqını təbrik edirəm! Məhəmməd (s) ədalət və mübarizə örnəyidir.

Əziz möminlər, Peyğəmbərin (s) həyatını izləyən zaman, onun zülmə qarşı mübarizəsinə və ədalətin bərpası uğrunda göstərdiyi səylərə diqqət etsinlər. Çünki Həzrəti Məhəmməd (s) bütün zamanlarda örnək olacaq bir şəxsdir.

Həmçinin, bunu da qeyd edim ki, Quran hafizi, əzizimiz Hacı Zülfüqar və onunla birlikdə mühakimə olunan möminlərin işinə baxan məhkəmənin qərarı ədalətsizdir. Hər kəs bilsin ki, bu ədalətsizliyin əsas qaynağı hakim yox, hakimiyyətdir!"

Top
JoomlaLock.com All4Share.net