Elçin Qasımlı: "Bizə oxunan ağır cəzalar mübarizəmizə situmul verir"
Featured

05 Yanvar 2018

Nardaran hadisələri ilə bağlı şərlənərək həbs edilən Müsəlman Birliyi Hərəkatının (MBH) sədr müavini, İlahiyyatçı alim Elçin Qasımlının Bakı Ağır Cinayətlər Məhkəməsində söylədiyi son sözü ölkədə xeyli marağa səbəb oldu.

Hər bir cümləsi dəyərli kəlam, tarixə yazılası aforizimdir bu çıxışın. Diqqətlə oxuyun və şərh edin. İnanıram ki, bu çıxışı oxuyan hər kəs, ürəklə "Allah qapınızı açsın, ey günahsız Möminlər!" deyəcək.

Vetenugrunda.az Elçin Qasımlının çıxışını təqdim edir:

"Dünya yarandığı gündən Qiyamətə qədər Haqla batilin mübarizə meydanı olmuşdur. Bu mübariə yolunda Haqq tərəfdarları düzgünlüyü, batil olanlar isə əyri və şeytani yolları özlərinə mübarizə üsulu seçmişlər.

İnsanlığı uçruma, zülm və sitəmə sürükləyənlər hər zaman qarşılarında Haqq-ədalətə, düzgünlüyə çağıranlarla qarşılaşmaqdan qorxmuş, ədalətpərəst insanları müxtəlif qondarma adlarla şərləmişlər.

Əziz həmvətənlər! Yəqin ki, ötən müddət ərzində "Nardaran hadisələri" adı altında keçirilən qondarma məhkəmə prosesini izlədiniz. Hesab edirik ki, 2015-ci ilin noyabrından bu günə kimi, ötən iki il ərzində, həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı ölkəmizdə polis, prokurorluq və məhkəmə sistemlərinin üzdəniraq fəaliyyəti tam şəkildə ifşa olunmuşdur. Haqqımızda açılan yalançı, qurama cinayət işini hazırlayanlar Allahın izniylə bu gün öz qazdıqları quyuya düşərək rüsvay olmuşlar.

Uca Yaradana şükürlər olsun ki, bizi cinayətkar, təmsil olunduğumuz "Müsəlman Birliyi Hərəkatı"nı isə mütəşəkkil dəstə kimi tanıtmaq planları iflasa uğramışdır.

Mən şəxsən öz adımdan və günahsız yerə həbs olunmuş Haqq məhbusları adından bizim Haqq işimizdə hər növ dəstəyi əsirgəməyən əzizlərə öz təşəkkürümü bildirirəm. Allahın yardımı və sizlərin dəstəyi olmasaydı bizlərə terrorçu, radikal-ekstermist şərini yaxmağa çalışanlar müvəffəq olardılar.

Heç şübhəsiz ki, batil təlatümlü dalğalar üzərində olan müvəqqəti köpüklər kimidir və gec –tez məhvə məhkumdur. Yetər ki, bir xalq özü öz əlləri ilə, öz azad fikirləri ilə addım atsın. Əks təqdirdə başqa bir millət gəlib olanların vəziyyətini dəyişdirmək istəsə də vəziyyət yaxşılaşmayacaq.

Müqəddəs dinimiz buyurduğu kimi: "Ey insan, sən təkcə şəxsi və fərdi cəhətdən Tanrı dərgahında məsuliyyətli deyilsən, ictimaiyyət qarşısında da məsuliyyətin var".

Cəmiyyətdə olan çatışmazlıqlara qarşı, haqq və hüquqların pozulmasına, dəyərlərin itirilməsinə, ədalətsizliyə, zülm və sitəmə qarşı mübarizə aparmaq hər bir özünə müsəlman deyən fərdin borcudur və xalqın rifahı bu mübarizənin davamlılığına bağlıdır. Odur ki, məhkəmələrdə oxunan ağır cəzalar heç kəsi sarsıtmamalı, əksinə mübarizəmizə daha da situmul verməlidir.

Əziz bacı və qardaşlar, öhdənizə düşən işin necə ağır olduğunu bilirəm. Hansı çətinliklərlə fəaliyyət göstərdiyinizi və səylərinizin bəzi hallarda xalq tərəfindən lazımi şəkildə qiymətləndirilmədiyini də bilirəm. Amma nə edək?

Maddi vəziyətinizin də yaxşı olmadığını yaxşı başa düşürəm. Gərək biz heç vaxt yaddan çıxarmayaq ki, gənc və müstəqil ölkəmizin dövlətçiliyinin məhkəmələri milli və mənəvi dəyərlərmizin qorunması, yadellilərin hücumlarının qarşısının alınması istiqamətində, biz bu milləti oyatmaq üçün çıxdığımız yolun hələ ki lap başlanğıcındayıq.

Batillə mübarizədə bütün çətinliklərə sinə gərməliyik. İlk vaxtlarda, bəzi hallarda bizi başa düşməyəcəklər.
Amma biz daha da fədakar olmalıyıq. Bu Yolda Qurbanlarımız da olacaq və artıq qurbanlar var. Bu da bu müqəddəs yolda zəruruidir. Ondan qaçmaq mümkün deyil.

Bundan sonra da pozulmuş hüquqlarının bərpasını tələb edənlərin, uşaqlarının boğazından kəsilmiş çörəyi geri almaq üçün, müqəddəs dəyərlərini qorumaq yolunda ayağa qalxanları ixtişaşçı, radikal, ictimai təhlükəsizliyi pozan aktiv kimi qələmə verməli olcaqlar. Necə ki sadəcə və sadəcə sözlü mübarizə apardığım görə, haqsızlıqla barışmadığım görə radikal ekstermist və buna bənzər adlarla ittiham olunmaqdayıq.

Lakin belə bir deyim var: "Haqq nazilər, lakin qırılmaz". Həzrəti Əli (ə) dediyi kimi "Haqsansa, O, səni görür". Müqəddəs Aşura əqidəsində olan bir xalq zülmə və əsarətə qarşı dirəniş gücünə sahibdir. Bu xalq dövlətçiliyini qorumağa, torpaqlarını azad etməyə, öz sərvətlərinə sahib olmağa qadirdir. Bu nöqteyi-nəzərdən də məlum olur ki, Haqq olmaq bizim zəfərimizdir. Silahımız iman, gücümüz Allahdandır!

16 illik cəza bizim üçün baldan da şirindir. Ona görək ki, bütün bunları Rəbbim görür. Bizi cəmiyyətdən təcrid edənlər nəyəsə nail olduqlarını düşünməsinlər, zindanda olan cismimizdir.
Şükürlər olsun ki, İmam Hüseyn (ə)ın izindəyk. O, qəlblərə Hakimdir. Qəlblərə hakim olanlar Qalibdirlər.
Qoy, Allah Haqq Yolunu gedənlərə yar və yardımçı olsun. Bizimlə düşmənlər arasında Hakim olsun!"

Top
JoomlaLock.com All4Share.net