"İslam Həmrəyliyi ili və İslam Məhbusları" müzakirə edildi
Featured

08 Yanvar 2018

Bu gün Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının təşkilatçılığı ilə həbsdə olan islam məhbuslarına həsr olunmuş "İslam Həmrəyliyi ili və İslam Məhbusları" mövzusunda praktik konfrans keçirilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, tədbir ilahiyyatçı Hacı Süleymanın Qurani-Kərimdən ayələr oxumasıyla başlayıb.

Konfransı giriş sözü ilə açan Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi Rövşən Əhmədli bildirib ki, AİP sədri Doktor Mövsüm Səmədovun həbsindən 7 il ötür və 2011-ci ildən başlayan həbslər dalğası bu gün də davam edir. Daha sonra R.Əhmədli zindanda şəhid olmuş AİP funksioneri Hacı Vaqif Abdullayevin və islam şəhidlərinin ruhunu yad edib.

R. Əhmədli bildirib ki, son olaraq Nardaran hadisələri zamanı həbs edilən şəxslərə ümumilikdə 500 ildən çox həbs cəzası verilib: "Biz səsimiz çatan yerlərə qədər bu ədalətsiz, qərəzli  həbsləri pisləyir və ölkədə islama, islam ruhanilərinə qarşı başladılan repersiyalara son qoyulmasını tələb edirik. Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri olan bayrağımızda da öz əksini tapmış islam dəyərlərinə real olaraq əməl olunmalıdır."

Təşkilat sədri həbsdə olan dindarlara qarşı işgəncələri qəbuledilməz adlandırıb və bu işgəncələrə etiraz edib. 

Konfransda çıxış edən Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi hacı İlham Əliyev bildirib ki, hacı Mövsüm Səmədovun həbsi onu cəmiyyətə daha çox tanıtdı: "Onu tanıyanlar bilir ki, Mövsüm Səmədov heç vaxt öz şəxsi maraqlarından çıxış etməyib. Hər zaman cəmiyyət üçün yaşayıb. Hacı Mövsüm özünü qurban verdi ki, cəmiyyət islah olsun. O, azadlıq yolunu seçdi. Bu isə ona islamın öyrətdiyi bir yoldur.

İslam dini sülh dinidir. Odur ki, islama qarşı deyil onun yanında olmaq lazımdır. Dindarları həbs etməklə olmayan yerdən də problemlər yaraddılır. Biz bu təzyiqlərə son qoyulmasını istəyirik."

Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev çıxışı  zamanı müsəlman dünyasının yeganə çıxış yolunun həmrəylik olduğunu bildirib: "Dünyada islama qarşı ciddi səlib yürüşləri var. Elə son günlərdə İranda baş verən hadisələr göstərdi ki, okeanın o tayından artıq etirazçılara "dəstək" verdilər. Onların arzuları ürəklərində qalsa da bu yanaşma özü bir daha sübut etdi ki, islama qarşı dünyada ciddi bir  təhlükə var. Odur ki, biz bu gün həmrəy olmalıyıq. Həmrəylik isə budur ki, biz ən azından həbsdə olan dindarlarla birgə olmalıyıq, onları diqqətdə saxlamalıyıq. Bu gün onlar həbsdə olduqları halda bizim üçün narahatdırlar. Bizim laqeydliyimiz, zülmə qarşı etiraz etməməyimiz onları narahat edir."

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova da maraqlı məqamlara toxunub. O, bildirib ki,  həbs olunan inanclı insanlar haqq uğrunda zindana düşüblər. Onlar öz mənfəətləri üçün deyil, Azərbaycan xalqının firəvanlığı yolunda mübarizə aparıblar.

Nardaran olayları zamanı şərlənərək 20 il müddətinə azadlıqdan məhrum edilən Abbas Hüseynin anası Rəhimə xanım övladına istintaq müddətində və zindanda verilən dəhşətli işgəncələrə və  ədalətsizliyə görə bu olayları hər gün br ana kimi qarğış etdiyini dedi: "Kaş ki, Abbasım evli olaydı, kaş ki Abbasımın bir övladı olaydı. Mən də anayam, Abbasın toyunu da görmədim. Oğlumun heç bir günahı olmadığı halda min bir işgəncəyə məruz qaldı. Sonra da 20 il həbs cəzası. Allah bu işdə  bütün günahkarların cəzasını verəcək. Bunu hər an Yaradandan istəyrəm."

Müsəlman Brliyi Hərəkatının üzvü Seyyid Əbdülxaliq bu tədbirə görə təşkilatçılara təşəkkür etdi: "Hacı Tale Bağırzadə ölkəmizdə vəhdət yaratmaq istədyinə görə həbs edldi. Sağ olun ki, bu tədbiri təşkil etdiniz, bu addımınızla siz eyni zamanda məhbus ailələrini həmrəylyinə nail olursuz."

Fəlsəfə elmlər doktoru, ilahiyyatçı Musa Rza Heydərzadə isə dedi ki, heç kim yiyəsiz deyil, bütün bunların sahibi var. Zamanın Sahibinin gələcəyi gün uzaqda deyil.

Digər Nardaran məhbusu Ağaəli Yəhyayevn bacısı Elnarə xanım məhbusların ailələrinin də bu mübarzədə rolunun əhəmiyyətindən danışdı: "Dəfələrlə qardaşımı ailəs lə, bacıları ilə təhdid edblər, "Sənin aləni, bacılarını da həbs edərik" deyblər amma qardaşım bu təhdidlərdən qorxmayıb. Ağaəli hər zaman deyir ki, biz islam üçün döyüşdük və bu yolda özümüzü də aləmizi də qurban verməyə hazırıq.

Qardaşımın bir sözü də var, deyir ki, hamı anasının, qızının, bacısının qeyrətini çəkr. Amma biz eyni zamanda islamın qeyrətini çəkirik. Bu hər oğula nəsib olmur".

Araşdırmaçı jurnalist Qurban Cəbrayıl isə islam yolunda daim qurbanlar vermiş Nardaran əhalisinin çəkdyi qara günlərdən danışdı: "İnanclılara qarşı təhdidlərin yaşı az deyil ölkəmizdə. İllərdir ki, bu ölkədə inanclı insanlar hər cür təhdidə, şgəncəyə məruz alıb, güllələnərək şəhid edilib və bu gün yüzlərlə inanclımız şərlənərək həbs edlib."

Tədbirdə çıxış edənlər bildiriblər ki, həbsdə olan ruhanilər və dindarlar heç bir təxribat törətməyiblər. Onlar yalnız haqqı deyiblər və cəmiyyətin bəlalarına münasibət bildirdikləri üçün həbs ediliblər. Bu insanlar əslində ölkəmizin inkişafı üçün çalışıblar. Onların dövlətə qarşı deyil, əksinə inkişafının tərəfdarı olublar.

Sonda konfrans müxtəlif müzakirələrlə öz işini davam etdirib. 

Top
JoomlaLock.com All4Share.net