Jurnalistə türmədən çıxmağa imkan vermədilər
Featured

16 Yanvar 2018

Həbsdə olan azel.tv saytının təsisçisi redaktoru Əfqan Sadıqova qarşı yeni cinayət işi açılıb.

"Turan" xatırladır ki, Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. O, icra hakimiyyətinin binasında qadını vurmaqda ittiham olunub.

O, 2017-ci il yanvarın 12-də 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır xəsarət yetirmə) maddə ilə mühakimə olunub.

Amma noyabrın 7-də Ali Məhkəmə ittihamı 127.1-ci (sağlamlığa həyat üçün təhlükəli olmayan az ağır xəsarət yetirmə) maddəyə tövsif edib və həbs cəzasını 1 il yarıma endirib.

İndi, cəza müddətinin başa çatmasına üç ay qalmış onun həbs müddəti uzadıla bilər.

147.2-ci (ağır cinayət törətmək barədə böhtan) maddə ilə onu 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Yaxınları hesab edirlər ki, jurnalist rayonda hüquq pozuntuları barəsində tənqidi məqalələrinə görə həbs olunub.

Top
JoomlaLock.com All4Share.net