Şeyx Sərdar Ali Məhkəmədən azadlığa buraxılacaqmı?
Featured

22 Yanvar 2018

Vəkil Cavad Cavadov 17 saylı Cəzaçəkmə Müəssisəsində namaz məhbusu Sərdar Babayevlə görüşüb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə vəkil C.Cavadov sosial şəbəkədə məlumat verib. Məlumatda deyilir ki, Hacı Sərdar Babayevin barəsində olan cinayət işindən verilən kassasiya şikayəti üzrə Ali Məhkəmədə keçiriləcək məhkəmə baxışı 2018-ci ilin 30 yanvar 11:00 tarixinə təyin edilib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq iclasda Şeyx Sərdar iştirak etmək niyyətindədir. Bununla bağlı o, iştirak üçün təkrarən müraciət etmişdir.

Vəkili daha sonra bildirib ki, görüş zamanı Sərdar Babayevin məhkəmədə edəcəyi çıxışının detallarını müzakirə ediblər: "Ümid edirik ki Ali Məhkəmədə Sərdar Babayevin azadlığa buraxılması barədə qərar qəbul ounacaq. 

Top
JoomlaLock.com All4Share.net