Ölünün dərisini soyan, DİRİNİN gözünü oyan telekanallarımız-VİDEO
Featured

10 Fevral 2018

Yəqin ki bu olayda da günahkar axtarılmayacaq. Çünki yerli telekanallar vətəndaşalara hüquqlarını anlatmaq əvəzinə onları şou dəryasına qərq edir.

Xalqın ödədiyi vergilərlə maliyyələşən telekanallar da maarifləndirmədən daha çox şou-biznesə üstünlük verir. Çünki dəvət etdikləri manslar və bərbərlər, eyni zamanda aşpazlar və klounlar həm verilişlərin müəlliflərinə, həm də telekanala reklamı üçün pul ödəyir. Amma bu pullar reklam məqsədi ilə alınsa da reklam adı daşımır. Çünki reklam üçün əldə edilən gəlirdən dövlət büdcəsinə müəyyən məbləğdə vergi ödəmək qanunvericilikdə tələb edilir. Bir sözlə, işbazların və dəllalların əlində qazanc mənbəyinə çevrilmiş telekanallarımız ölkədəki bataqlığın-qanunsuzluğun hər gün məhv etdiyi yüzlərlə insana haqqını tanımaq, hüququnu tələb etmək yolunu öyrətmək əvəzinə onlardan yaxşıca yararlanır, pullar qazanır, bu günümzü və yetişməkdə olan nəsilin gələcəyini məhv edir.

Ötən həftədən başlayaraq ölkə KİV-i və sosial şəbəkələr eyni videonu, eyni "partlayışı" reklam etməkdədirlər. ...stilist Anar Ağakişiyev üzünün dərisi tamamilə yanmış xanımı makiyaj edir və onun görkəmində çox böyk dəyişiklik edir. Üzündəki gözəl dəyişikliyə sevinmək istəyən xanım gülümsəmək istəsə də bunu bacarmır. Çünki üz dərisi yanıb və elasitikliyini itirib. Gülümsünəndə dəri dartılmır və bu istək alınmır.

Bu günlərdə bəlli olub ki, bu xanım – Nərmin Cəfərova 2001-ci ilin mart ayında Şabran rayonunun Şahnəzərli kəndində baş verən partlayışın qurbanı olub. Bədbəxt hadisə zamanı onunla yanaşı ailə üzvü və evlərində olan qonşuları müxtəlif xəsarətlər alıblar. 

Hadisənin baş vermə səbəbi bu günki reallığımızın tam, makiyajsız göstəricisidir. Deməli, Nərmingilin 8 il təbii qaz üzünə həsrət qalan kəndinə sakinlərə xəbərdarlıq edilmədən qaz verilib. Niyə sakinlərə xəbərdarlıq edilməyib sualını vermirik. Çünki bu ölkədə yaşayan hər kəs bilir ki, bizim məmurlar orta əsrlərdən qəfil bizim dövrə transfer etdiklərindən hələ ki, bu səviyyəni dərk edə bilməyiblər. Onlar hələ də feodal təfəkküründə qalıblar və zənn edirlər ki vətəndaşlar onların qullarıdır, onları adam yerinə qoymağa dəyməz. Nərmingilin bütün ailəsinin yanmasına da səbəb elə məmurlarımızın bu feodal təfəkkürü səbəb olub. Onların evlərində qaz xətti açıq vəziyyətdə qaldığından həmin vaxtı orada 4 uşaq olub və anidən partlayış baş verib. Hadisə zamanı evdə 11 yaşlı Nərmin Cəfərova, qardaşı 13 yaşlı Nəriman, 6 yaşlı Əminə Tursunova və onun bacısı 8 yaşlı Sevda olub. Evdəkilərin hamısı yanıq xəsarətləri alıb. 

Ən dəhşətlisi odur ki, Sevdanı üzündəki yanıq izlərinə görə, heç bir yerdə işə götürmürlər.

Bir ailə məhv olub. Bu qədər insanın arzuları məhv olub. Amma günahkar axtarılmır və indiyə qədər heç kəs cəzalandırılmayıb.

Görün, bu olayda nə qədər günahkar var.

İl ərzində qaz səzması və digər səbəbdən yaralananlar, xəsarət alanlar və dünyasını dəyişənlərin ümumi statistikası haqqında məlumatlar çox azdır. Gündəlik məlumatları hesablasaq il ərizndə minlərlə belə hadisə baş verir və minlərlə insanımız bu olayların qurbanı olur. Amma cəzalananlar çox azdır.

Yanvarın 27-də paytaxtın "28 May" metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində yerləşən binada baş verən partlayış zamanı binanın birinci-ikinci mərtəbəsinə ciddi ziyan dəydi. Lakin mülkinə ziyan dəymiş şəxslərə, təqsirli tərə kompensassiya ödəmək əvəzinə, hər kəs təmir pulunu öz cibindən xərcləyib. Telekanallar isə sadəcə olay barədə xəbər verməklə işlərini bitmiş zənn edirlər.

Çünki gözlərinin qabağında gözüçıxmış qardaş nümunəsi olan ANS var. Bu telekanalın xalqa ötürdüyü bir informasiya xalqda o qədər böyük hiddət yaratdı ki, hər gün qazlarımız zəifləyəndə, qazlarımız kəsilib soyuqdan donanda erməni kilsəsinə havayı verilən qazımızı xatırlayırıq və...

Biz oxucularımıza il ərzində ölkədə sırf qaz problemi ilə bağlı baş verən qəzalardan ikisini təqdim etdik. İllərdir qzdan boğulmalarla bağlı yaranmış problemin qarşısının alınmamasının səbəbini bu iki hadisə ilə izah etməyə çalışdıq. Yəqin ki səbəbi anladınız.

Arzu Abdullla

Vetenugrunda.az

Top
JoomlaLock.com All4Share.net