"Hələ də niyə həbs edildiyimi bilmirəm"-VIDEO
Featured

13 Fevral 2018

Bu gün Ali Məhkəmədə ilahiyyatçı alim, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayəti üzrə növbəti məhkəmə iclası keçirildi.

Vetenugrunda.az-ın məhkəmədə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən iclasda  bu dəfə Şeyx Sərdar Hacıhəsənli də iştirak edib. Məhkəmə zalında xüsusi qələbəlik müşahidə edilib. Zalda media nümayəndələri, ölkənin ictimai-siyasi xadimlər, dindarlar iştirak edib.

Vəkil Cavad Cavadovun qaldırdığı vəsatətlərin heç biri məhkəmə tərəfindən təmin olunmayıb.

Məhkəmədə çıxış edən Şeyx Sərdar həbs səbəbini hələ də bilmədiyini deyib. O, eyni zamanda bu günə qədər keçirilən bütün məhkəmə proseslərində vəkillərin tərəfindən verilən vəsatətlərin heç birinin təmin edilmədiyini xatırladıb: "Müstəntiq dedi ki, namaz qıldığıma görə həbs edilmişəm. Prokuror isə dedi ki oxuduğun xütbələrə görə həbs edilmisən. Bu məhkəmədən də ədalətli qərar gözləmirəm. Ümumiyyətlə məhkəmənin ədalətli qərar verəcəyinə ümidim yoxdur.

Mənə deyirlər ki, sən xarici ölkədə dini təhsil almısan. Deməli, gedib İsraildə oxusaydım gəlib Azərbaycanda rahatca yəhudiliyi təbliğ edə bilərdim və məni həbs etməyəcəkdilər. Eyni zamanda hansısa Avropa ölkəsində xristianlığı, Hindistanda bütpərəstliyi öyrənib gəlib buddizimi də təbliğ edə bilərdim, amma islam dinin təbliğ edəni həbs edirlər Azərbaycanda."

Qeyd edək ki, hakim Gülzar Rzayeva proses zamanı özünü həddindən artıq aqressiv aparıb və Şeyx Sərdarın çıxışını kəsib, onun fikrini ifadə etmək hüququnu kobud şəkildə pozub.

Müşavirədən sonra hakim Şirvan Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.


Xatırladaq ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə) üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilmişdi.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Arzu Arzu Abdull Abdulla adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net