Tale Bağırzadəyə yenidən 5 aylıq cəza verilib
Featured

13 Fevral 2018

Fevralın 13-də Qaradağ Rayon Məhkəməsində şərlənərək həbs edilən Müsəlman Birliyi Hərəkatının lideri ilahiyyatçı alim Tale Bağırzadənin növbəti məhkəmə prosesi baş tutub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, məhkəmə Tale Bağırzadə haqqında yeni hökm çıxarıb.

Bu dəfə CM-nin 317-2.1 (həbsdə saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşıması və ya istifadəsi) maddəsi ilə təqsirli bilinərək ilahiyyatçıya 5 ay həbs cəzası verilib .

Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlov yeni ittihamla ilahiyyatçıya təyin etdiyi 5 aylıq cəzanı qalan 17 il 9n ayına birləşdirib. T.Bağırzadəyə qəti olaraq, 18 il həbs cəzası təyin olunub.

İttihama görə, Qobustan həbsxanasında T.Bağırzadədən yeddi ədəd "microSD" tipli yaddaş kartları aşkar edilib.

T.Bağırzadə özünü təqsirli bilməyib. Çünki bu kartların qadağan olunması haqqında məhbusu öncədən məlumatlandırmayıblar və qanunvericilikdə "microSD" tipli yaddaş kartlarının məhbusların istifadə etməsinə qadağa qoyulması ilə bağlı konkret maddə yoxdur.

Qeyd edək ki, Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nardaranda keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün Taleh Bağırzadə ilə yanaşı, daha 16 nəfər saxlanılıb. Ümumiyyətlə, Nardaran əməliyyatından sonra 200-ə yaxın adam həbs olunub.

Taleh Bağırzadə və digər həbs olunanlar onlara verilən qəsdən adam öldürmə, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s. cinayətlərdə ittiham olunublar.

T.Bağırzadə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən Nardaran-1 məhkəmə işində ittiham edilən 12 nəfərdən biri olub. Məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Top
JoomlaLock.com All4Share.net