Ali Məhkəmə siyasi məhbus Fuad Əhmədlinin işini təxirə saldı
Featured

13 Fevral 2018

Bu gün Ali Məhkəmədə Azərbaycan Xalq Cəhbəsi Partiyasının üzvü Fuad Əhmədlinin məhkəmə prosesi keçirilməli idi. Lakin bilinmiyən səbəblərdən məhkəmə prosesi təxirə salınıb.

Təxirə salmanın səbəbi barədə açıqlama verilməyib. Eyni zamanda növbəti məhkəmə prosesinin vaxtı təyin edilməyib.

Xatırladaq ki, Fuad Əhmədli 2016-cı ilin 18 avqustunda saxlanılıb. "Əməliyyat‐axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma" və "Vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə ittiham edilən Fuad Əhmədliyə Bakı Ağır Cinayətlər Məhkəməsində 4 il həbs cəzası verilib. Fuad Əhmədli və onun vəkilləri ona verilmiş cəzanın məhz onun siyasi fəailiyyəti ilə bağlı olduğunu bildiriblər.

Top
JoomlaLock.com All4Share.net