Bu adamlar Azərbaycandan qovulacaq
Featured

01 Mart 2018

İraqda və Suriyada baş verənlər artıq dünyanın diqqət nöqtəsində cəmləşib. Bu ölkələrdə adını İslam Dövləti" qoyan terror birləşməsinin əməlləri əslində islama aid deyil. Amma buna baxmayaraq insanlarda qorxu yaranıb. Yəqin buna görədir ki, etiqad azadlığı haqqında qanunvericiliyi pozan şəxslərin Azərbaycan Respublikasından qovulmasını təklif edən qanun müzakirəyə çıxarılıb.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 516-cı (Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması) maddəsinin 516.0.1-ci bəndinə dəyişiklik təklif edilir.

Yeni dəyişiklik nələrə səbəb olacaq?

Müvafiq icra hakimiyyəti orqanı (Dini Qurumlarala İş üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyi öz səalahiyyətləri daxilində) ilə razılaşdırılmadan vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə gödərilməsinə, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsinə görə, inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, mal və məmulatlar və materiallar müsadirə edilməklə, vətəndaşlar 2000 manatdan 2500 manatadək məbləğdə, vəzifəli şəxslər 8000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin martın 6-da keçiriləcək iclasında müzakirə ediləcək.

Top
JoomlaLock.com All4Share.net