"Subaylığa vida" dedi, həyatıyla vidalaşıd-VİDEO
Featured

12 Mart 2018

Türkiyəli məşhur biznesmen, əslən trabzonlu olan "Başaran Holding"in sahibi Hüseyn Başaranın şəxsi təyyarəsi İranda dağa çırpılıb və qızı Mina Başaran 7 rəfiqəsi ilə birlikdə həlak olub.

Vetenugrunda.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 28 yaşlı Mina atasını əvəzləməyə hazırlaşırmış. Onun olduqca bacarıqlı və işgüzar biri olduğu deyilir.

Hüseyn Başaranın rəhbərlik etdiyi holdinq 25 ildir ki, Türkiyə iqtisadiyyatının qida, inşaat, enerji və maliyyə sektorlarında fəaiyyət göstərir. Hazırda İstanbulda "Mina Towers" adlı göydələn inşa edən holdinqin təmsilçisi Levent Tuna deyib ki, holdinq rəhbərinin şəxsi təyyarəsinin Birləşmiş Ərəb Əmirliklərindən uçmasından xəbərsiz olublar.

Qeyd edək ki, iki övlad atası olan Hüseyn Başaranın martın 11-də BƏƏ-nin Şarja şəhərindən İstanbula uçan təyyarəsi Tehrandan cənubda dağlıq əraziyə düşüb. Təyyarədə 2 pilot, 1 stüardessa və 8 sərnişin olub.

İranlı xilasedicilər qəzaya uğramış təyyarənin göyərtəsində olan 3 heyət üzvü və 8 sərşinin yanmış meyitlərini tapıblar. 

Mina Başaran və rəfiqələri Dubaya "Subaylığa vida" partisinə gedirmiş. O, aprelin 14-də nişanlısı, "Metprint Baskı Sistemleri"nin sahibi olan Murat Gezerlə ailə quracaqdı. 

Картинки по запросу Huseyn başaran  mina başaran

Картинки по запросу Huseyn başaran  mina başaran

Top
JoomlaLock.com All4Share.net