Yevlaxda qəzaya düşən şagirdlər imtahana gedirmiş

12 Mart 2018

Yevlaxda məktəblilərin də içərisində olduğu mikroavtobusun "QAZ-53" markalı yük maşını ilə toqquşması nəticəsində yaralananlardan biri müəllim, biri katibə, biri isə sürücüdür.

Bu barədə yaralıların bir qisminin aparıldığı Yevlax rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, xəstəxanaya yüngül yaralanan şəxslər, yəni 15 nəfər gətirilib. Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Ağır yaralanan 5 nəfər isə Mingəçevir Şəhər Xəstəxanasına aparılıb. Yaralılardan 2-sinin vəziyyəti ağırdır. 3-ünün vəziyyəti isə stabilləşib.

Məlumata görə, qəza nəticəsində xəsarət alanlardan 17-i Aran -1 qəsəbə məktəbinin buraxılış imtahanına gedən şagirdləridir.

eyd edək ki, Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

Onlar 2003-cü il təvəllüdlü şagirdlərdir.

Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir.(bakupost)

Top
JoomlaLock.com All4Share.net