12 mart Şeyx Sərdarın mövludu günüdür-VİDEO
Featured

12 Mart 2018

Bu gün namaz məhbusu, Şeyx Sərdar Hacıhəsənlinin doğum günüdür

Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli fevral ayının 22-də səhər saat 10-da Masallı şəhər polisi tərəfindən saxlanılıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib. İcra başçısının şikayəti əsasında şərlənərək həbs edilən Sərdar Akif oğlu Babayev CM-nin 168-1.3.1-ci maddəsilə məsuliyyətə cəlb edilib.

Namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin müdafiəsi ilə ölkənin ən nüfuzlu vəkilləri Cavad Cavadov, Nemət Kərimli, Osman Kazımov, Yalçın İmanov və Elçin Sadıqov məşğul olur.

İyul ayının 3-də Masallı Rayon Məhkəməsində Anar Almuradlının sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.

Sentyabr ayının 25-də Şirvan şəhər Apelyasiya Məhkəməsində keirilən məhkəmə prosesi də istənilən nəticəni verməyib. Belə ki, məhkəmə apelyasiya şikayətini təmin etməyib və Masallı rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

2018-ci ilin 13 fevral tarixində Ali Məhkəmədə Şeyx Sərdarın həbsindən verilən kassasiya şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən iclasda vəkil Cavad Cavadovun qaldırdığı vəsatətlərin heç biri məhkəmə tərəfindən təmin olunmayıb.

Məhkəmədə çıxış edən Şeyx Sərdar həbs səbəbini hələ də bilmədiyini deyib. O, eyni zamanda bu günə qədər keçirilən bütün məhkəmə proseslərində vəkillərin tərəfindən verilən vəsatətlərin heç birinin təmin edilmədiyini xatırladıb: "Müstəntiq dedi ki, namaz qıldığıma görə həbs edilmişəm. Prokuror isə dedi ki oxuduğun xütbələrə görə həbs edilmisən. Bu məhkəmədən də ədalətli qərar gözləmirəm. Ümumiyyətlə məhkəmənin ədalətli qərar verəcəyinə ümidim yoxdur.

Mənə deyirlər ki, sən xarici ölkədə dini təhsil almısan. Deməli, gedib İsraildə oxusaydım gəlib Azərbaycanda rahatca yəhudiliyi təbliğ edə bilərdim və məni həbs etməyəcəkdilər. Eyni zamanda hansısa Avropa ölkəsində xristianlığı, Hindistanda bütpərəstliyi öyrənib gəlib buddizimi də təbliğ edə bilərdim, amma islam dinin təbliğ edəni həbs edirlər Azərbaycanda."

Pproses zamanı özünü həddindən artıq aqressiv aparan hakim Gülzar Rzayeva Şeyx Sərdarın çıxışını kəsib, onun fikrini ifadə etmək hüququnu kobud şəkildə pozub və Şirvan Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Top
JoomlaLock.com All4Share.net