Prezident Milli Məclisə uşaqlarla bağlı qanun layihəsi göndərdi
Featured

16 Mart 2018

Milli Məclisə "Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" qanun layihəsi daxil olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, qanun layihəsi Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olub.

Yeni qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsində müzakirə ediləcək.

Qeyd edək ki, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlıdır.

Aqiyə Naxçıvanlı 11 mart 1950-ci ildə Naxçıvanda-Oğuz şəhərində anadan olub.  

O, Azərbaycan Müəllimlər İnstitutunun keçmiş rektorudur.

A. Naxçıvanlı 1967-72-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun tələbəsi olub.

1975-77-ci illərdə Rayon Partiya Komitəsinin büro üzvü, Rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şöhrət Ordeni ilə təltif olunub. 2010-cu ildə Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı seçilmiş, Elm və Təhsil Komitəsinin üzvüdür. 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 20 illiyi ilə bağlı təsis edilmiş medalla təltif olunub. 

Top
JoomlaLock.com All4Share.net