Jurnalist tibb məntəqəsinə köçürülüb
Featured

04 Aprel 2018

"Kanal 13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucov səhhətində yaranmış problemlər səbəbindən tibb məntəqəsinbə köçürülüb.

Bu barədə onun vəkili Bəhruz Bayramov aprelin 4-də, 14 saylı Cəzaçəkmə Müəssisəsində Əziz Orucovla görüşündən sonra məlumat verib. O, deyib ki, müraciətlərindən sonra Orucov cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə köçürülüb:

"Həkimlər mülaicə edirlər. Amma danışmaqda, hərəkət etməkdə çətinlik çəkir. Vəziyyəti normal deyil, böyrək çatışmazlığından da əziyyət çəkir.".

Aprelin 5 saat 11-də Ali Məhkəmədə Əziz Orucovun kassasiya şikayətinə baxılacaq:

"Əziz Orucov məhkəmədə iştirak etməyəcək. Onun iştiraklı üçün ilk öncə o, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməli idi. Bu, baş verməyib. Həm də səhhəti məhkəmədə iştirak etməsinə imkan vermir".

Qeyd edək ki, Əziz Orucov 2017-ci il mayın 2-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. Bu müddət başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. 6 il azadlıqdan məhrum edilib.

Əziz Orucov özünü təqsirli bilmir, jurnalist fəaliyyətinin qarşısını almaq üçün həbs edildiyini bildirib. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Top
JoomlaLock.com All4Share.net