Jurnalist azadlığa buraxıldı
Featured

05 Aprel 2018

Jurnalist Əziz Orucov azadlığa buraxılıb.

Bu gün Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılıb.

Cinayət Məcəlləsinin 308.2-ci maddəsi 308.1-ci maddəsinə tövsif olunmaqla barəsində 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70- ci maddəsi tətbiq olunaraq 3 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunub.

 

Top
JoomlaLock.com All4Share.net