Hicab məhbusları azadlığa buraxıldı
Featured

05 Aprel 2018

Bu gün 3 hicab məhbusunun həbs müddəti başa çatdığından azadlığa buraxılıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hicab məhbusları Rövşən Allahverdiyev, Tərlan Ağadadaşov və İlham Hətəmov artıq evlərindədir.

Qeyd edək ki, onlar 2012-ci ilin 5 oktyabırında Təhsil Nazirliyinin qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılıblar. Günahsız yerə şərlənərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İlham Hətəmov 17 saylı Cəza Çəkmə Müəssisəsindən, Rövşən Allahverdiyev və Tərlan Ağadadaşov isə "Tubzon" adlandırılan 3 saylı həbsxanadan azadlığa buraxılıb.

Xatırladaq ki, 2012-ci ilin oktyabrın 5-də orta məktəblərdə hicab qadağasına etiraz məqsədi ilə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiyada 74 nəfər saxlanılıb. Onlardan 32 nəfərə həbs cəzası verilib. Onlar Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkail etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunublar.

Rza Kerimov adlı şəxsin şəkli.

Rza Kerimov adlı şəxsin şəkli.

Rza Kerimov adlı şəxsin şəkli.

Rza Kerimov adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net