Milli Məclis bu gün 52 məsələyə baxacaq

01 May 2018

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İslahatlarla bağlı bəzi deputatların vəzifəyə seçilməsi onların yerinin boş qalması ilə nəticələnib. Bu günki iclasda Milli Məclisin komitələrinə yeni üzvlər seçiləcək.

Daha sonra iclasda İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, "Siyasi partiyalar haqqında", "Həmkarlar ittifaqları haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Telekommunikasiya haqqında", "Xidməti və mülki silah haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə olunacaq.

Ümumilikdə iclasın gündəliyinə 52 məsələ daxildir.

Top
JoomlaLock.com All4Share.net