Nazirlikdən 1 saylı körpələr evi ilə bağlı AÇIQLAMA

03 May 2018

Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı körpələr evi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova qeyd edib ki, aparılan araşdırmanın nəticəsinə görə, görüntülər təhrif edilmiş formada ictimaiyyətə təqdim edilib.

Onun sözlərinə görə, görüntülərdən aydın olur ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulmaq üçün maşına yüklənilib: "Uşaq bezləri məsələsinə gəldikdə, oradan 0-1 ölçülü bezlər 3-4 ölçülü bezlərlə dəyişdirilməsi üçün aparılıb". (trend)

Top
JoomlaLock.com All4Share.net