İraqda üç azərbaycanlı qadına ömürlük həbs verildi
Featured

04 May 2018

İraqın Mərkəzi Cinayət Məhkəməsi bu gün müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan səkkiz qadını İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak etdiklərinə görə ömürlük həbs cəzasına məhkum edib.

Bu barədə Ali Məhkəmə Şurasının hakimi Abdel Səttar Beyrakdar məlumat verib.

Onun sözlərinə görə, terrorçu qadınların üçü Türkiyədən, üçü Azərbaycandan, biri Özbəkistandan, biri isə Suriyadan olub.

O həmçinin qeyd edib ki, hökm terrorizmə qarşı mübarizə haqqında qanunun ikinci maddəsinə uyğun olaraq verilib.(report)

Top
JoomlaLock.com All4Share.net