Azərbaycanda vəkil xidmətləri üç dəfə bahalaşdı

04 May 2018

Vəkillərə ödənilən məbləğ hər iş saatına görə...
Azərbaycanda hüquqi yardım göstərilməsi xidmətlərinə görə ödənişlər artırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" qanunda müvafiq dəyişikliklərlə bağlı qərar qəbul edib.

Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda hüquqi yardıma görə vəkillərə ödənilən məbləğ hər iş saatına görə iki manatdan altı manata qədər artırılıb.

Bununla da, ölkə ərazisində vəkil xidmələri üç dəfə bahalaşıb.(oxu.az)

Top
JoomlaLock.com All4Share.net