AMEA-dan açıqlama: Xəzər dənizi quruyacaq
Featured

12 May 2018

"Planetin temperaturunun istiləşməsi gələcəyin ən böyük problemidir".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

O bildirib ki, qlobal istiləşmənin təsiri özünü daha çox daxili sularda göstərir: "Daxili sulara ən bariz nümunə Xəzər dənizidir. Xəzər dənizinin Aralın taleyini yaşamaması üçün müəyyən işlər görülməlidir. Xəzər dənizinin biomüxtəlifliyi, ətraf mühiti, fiziki şəraiti mühafizə olunmalıdır".

Xatırladaq ki, bir vaxtlar dünyanın dördüncü ən böyük gölü sayılan Aral dənizi Qazaxıstanla Özbəkistanın sərhədində yerləşir. Ötən əsrin 50-ci illərində həmin gölün sahəsi 68 min kvadrat kilometrə bərabər olub. Hazırda Aral dənizi sürətlə quruyur və ümumi sahəsi cəmi 8300 kvadrat kilometr qalıb.

Top
JoomlaLock.com All4Share.net