Jurnalist Nicat Əliyevin həbsindən 6 il ötür.
Featured

20 May 2018

2012-ci may ayının 20-də Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü.

2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

6 il öncə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə "Azadxeber.org" saytının baş redaktoru Nicat Əliyevin məhkəmə prosesində hakim jurnalistin 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm verib.

27 iyun 2014-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.7 aprel 2016-cı il tarixdə bu qərardan verilən kassasiya şikayəti təmin edilməyib.
Əksər beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları hesab edir ki, N.Əliyev dini mövqeyinə və "Eurovision"la bağlı sərt açıqlamalarına görə həbs edilib.

Top
JoomlaLock.com All4Share.net