Elxan Zaman: "Siz məğlubedilməz ordunun qəhrəman əsgərlərisiniz"-ZİNDANNAMƏ
Featured

23 May 2018

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirəm. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Bu müqəddəs Ramazan ayının gəlişinin ilk günündən vetenugrunda.az saytı “Zindana məktub...” layihəsinə başlayıb. Bu gün zindanlarda yüzlərlə günahsız insanımız həbs cəzasına məhkum edilib və olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir. Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda, isti yuvasından, doğma od-ocağından ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq. Bu məktubların sahiblərinə çatmasına da çalışacağıq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar “Zindannamə” adlı kitabda işıq üzü görəcək. Bütün iştirakçıları, məktub sahiblərini və məktub ünvanladığınız məhbusların yaxınlarını “Zindannamə”nin təqimatına dəvət edəcəyik.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkürümüzü çatdırırq.

Yeddinci məktubun sahibi Elxan Zamandır. O, şərlənərək zindanlara salınan bütün günahsız məhbuslarımıza müraciət edib: 

"Əziz məhbus həyatı yaşayan əqidəli insanlar, mənim vətəndaş şərəf və ləyaqətimi qoruyaraq bu sıxıntılara düşmənizi görür və sizə buna görə təşəkkür edirəm bir azərbaycanlı olaraq. Allah sizi var eləsin, ramazanınız bərəkətli keçsin və inşaallah yaxın zamanlarda sizi azadlıqda görək. Sizin mənim (azərbaycanlıların) vətəndaş şərəf, ləyaqət və heysiyyatlarına görə etdiyiniz bu fədakarlığınızı, boşa çıxarmamağa çalışacam, Allahın izni ilə.
Azərbaycanın və azərbaycanlıların adlarını müxtəlif rüsvayçılıqlarda hallandıranlar məni öz gözümdə xəcalətli edirlərsə, sizə baxarkən azərbaycanlı olduğumla qürur duyuram, fəxr edirəm ki, mənsub olduğum millətin sizin kimi oğulları, kişiləri, mərdləri var.

Siz olmasaydınız, sizi görməsəydim, bəlkə də bu millətə nifrət edər, bu millətdən olduğuma xəcalət çəkərdim, ancaq sizin sayənizdə öz xalqıma, vətənimə, həmvətənlərimə olan münasibətim nəinki pisləşmədi, əksinə bir az da yaxşılaşdı, biraz da ümidləndim.

Əminəm ki, siz bu xalqa gözəl nümunələr olacaqsınız və sizin zəhmətiniz və əziyyətiniz bu xalqın rifaha, azadlığa qovuşmasına, insan kimi yaşamasına vəsilə olacaqdır. Allah sizi bizə çox görməsin, ləyaqətli və şərəfli insanlar.

Siz məğlubedilməz ordunun qəhrəman əsgərlərisiniz. Bizi (bu xalqı) bugünki durumunuza görə bağışlayın, hələki sizin özünüzü və yaxınlarınızı bizə görə sıxıntılara saldığınızı anlamağa ağıl və səviyyəmiz çatmır, ancaq idrak prosesi gedir və günü-gündən sular durulur, məsələlər aydınlaşır. Əminəm ki, tam idrak edəcəyimiz vaxta az qalıb və idrak edəndən sonra hər kəsi layiq olduğu yerə qoyacağıq, buna heç şübhəniz və şübhəmiz olmasın. Allaha əmanət olun."

Top
JoomlaLock.com All4Share.net