Abgül Süleymanov və Rasim Kərimova: Zindana yazdığım son məktub olsun-ZİNDANNAMƏ
Featured

24 May 2018

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı "Zindana məktub..." layihəsinə başlayıb.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək. 

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Növbəti məktubu məhbus anası İradə Kərimova 11 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən oğlu Hacı Rasim Kərimova və hicab məhbusu Hacı Abgül Süleymanova ünvanlayıb.

"Salam olsun 11 sayli cəzaçəkmə müəssisəsində məhkumluğunu çəkən oğlum Hacı Rasimə və Hacı Abgülə:

Müqəddəs Ramazan ayının gəlişi münasibətilə həır ikinizi təbrik edirəm. Allah orucunuzu, namazınızı qəbul eləsin. Siz hər ikiniz İmam Hüseyn (s.ə) aşiqisiniz. Siz sırf əqidənizə görə şərlənib həbsə atılmısınız. Həbs olunan sizin cisminizdi, fikriniz, düşüncəniz, əqidəniz azaddır.

Bu yaxınlarda 11 saylı C.C.M-də təzə məscid tikilib. Allah o məsciddə qılınan namazları, oxunan Quranları qəbul eləsin. Hər ikinizi tezliklə Azadlıqda görmək arzusu ilə bu məktubu bitirirəm. Bu məktub zindana yazdığım ilk və son məktub olsun!"

 

OXUYUN:

2007-ci ildə, hazırda ləğv edilmiş keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən Səid Dadaşbəylinin və 15 nəfər gəncə qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmək, qanunsuz silah-sursat və narkotik vasitələrin saxlanılması ilə bağlı ittihamlar irəli sürüldü.

MTN dəstə üzvlərini "Hizbullah", "Fəth", "Hizbut-təxrir" və digər dini təşkilatlarla, hətta masonlarla əlaqədə şərləyərək onları həbs edib.

Bu dəstədə şərlənərək həbs edilənlərdən biri də Rasim Kərimovdur. 5 xarici dil bilən, istedadlı gəncimizi 13 il müddətinə azadlıqdan məhrum edənlər isə əslində özləri insanlıqdan məhrumdurlar.

Top
JoomlaLock.com All4Share.net