Zindana məktub var: "Ölkəmiz üçün bu durum çox faciəlidir"-ZİNDANNAMƏ
Featured

04 İyun 2018

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı "Zindana məktub..." layihəsinə başlayıb.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Layihəmizə qoşulan Altunay Hacıbəyli zindandakı bütün günahsız məhbuslara məktub göndərib:

"Ölkəmiz üçün bu durum çox faciəlidir"

"Dəyərli günahsız məhbuslar, dostca salamlar!

Günahsız yerə həbsxanaya salınmanızdan dolayı üzgünəm. Amma daha çox hirsli. XXI əsr Azərbaycanında bu cür yöntəmlərin artıq geridə qalması lazım idi və nəinki geridə qalması, bügün bizim - 100 il öncə cümhuriyyətini elan edən ölkəmiz üçün indiki durum çox faciəlidir.

Nə yazıq ki, bü gün ölkədə insan haqlarının ayaqlar altına salındığının şahidiyik.

Dözülməz olan yaşayışı daha da çətinləşdirən rejimin hər gün yeni sürprizləri ilə qarşılaşırıq. Bəzilərimiz bu durumla barışır, bəzilərimiz ölkədən gedir, bəziləri insanları buna cəlb edib toxunulmazlıq simvolu daşıyır, bəzilərimizsə, sizin kimi günahsızlar məhbəs həyatı yaşayırlar.

Sizlərə bütün məhrumiyyətlərə baxmayaraq, nikbin olmanızı arzu edirəm. Bu həm də həbsxanadan sonrakı həyatınızda görəcək işləriniz üçün oradan sağlıqlı çıxmanıza yardımçı olacaqdır. Bu səbəblə həbsxanada həm fiziki, həm də mənəvi baxımdan güclü qalmağa çalışın.

Qısa sürməsini istədiyim həbsxana həyatı sizə və həyat təcrübənizə mütləqdir ki, öz müsbət təsirini göstərəcək. Cəzası ağır olsa da, bu təcrübənin çox dəyərli olduğunu düşünür, sizə bu sınaqdan üzüağ çıxmanızı arzu edirəm.

Ümid edirəm, tez bir zamanda günahsız olduğunuz sübut edilər, özgürlüyünüzə qovuşarsız.

Dayanışmamız həmişə sizinlə olacaq.

Sizləri ən Əminolana əmanət edirəm.

Altunay Hacıbəyli

2018-03 iyun."

Top
JoomlaLock.com All4Share.net